Yaya Ture: “Barselona” bizdən qorxur
25.12.2013 - 03:23
“Mançester Sitinin” futbolçusu Yaya Ture Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibləri “Barselona” ilə bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan fildişi sahilli yarımmüdafiəçi sabiq klubunun onlardan qorxduğunu deyib:
“Bəzən tarix yazmaq bir az vaxt apara bilir. Özümü çox şanslı hiss edirəm. Doğru yerdə olduğuma inanıram. Klubumuz həqiqətən də güclü futbolçuları bir araya gətirməyə müvəffəq oldu. Məncə, “Barselona” bizdən bir az qorxur. Xüsusilə də, Premyer Liqadakı evdə qazandığımız nəticələr onları narahat edib. Fantastik futbol oynayıb, bol qollu matçlar keçiririk. Çətin oyun olacaq, amma özümüzə çox güvənirik”.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2010-cu ildə İspaniyanın “Barselona” klubundan “şəhərlilər”ə keçib.

0
0