Çernoqoriya Futbol Federasiyası Brnoviçlə müqaviləni yenilədi
25.12.2013 - 05:44
Çernoqoriya Futbol Federasiyası Brnoviçlə müqaviləni yenilədi
Çernoqoriya Futbol Federasiyası millinin baş məşqçisi Branko Brnoviç ilə müqaviləni yeniləyib. Apasport.az-ın xəbərinə görə, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Belə ki, federasiya rəhbərliyi 46 yaşlı mütəxəssislə müqavilənin müddətini 2 illik uzadıb. Bununla da Brnoviç 2016-cı ilə qədər yığma komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, Branko 2011-ci ildə Çernoqoriya millisini çalışdırır.