“Fənərbaxça” bacarmadı, “Beşiktaş” cəhd edir
25.12.2013 - 07:30
“Beşiktaş” “Dinamo”nun (Kiyev) futbolçusu Yones Belhandanı heyətinə qatmaq istəyir. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu bu keçidi qış transfer pəncərəsində reallaşdırmaq üçün artıq hazırlıqlara başlayıb.
Ukrayna mətbuatı da bu məlumatı doğrulayıb. Yazılanlara görə Kiyev klubu mərakeşli yarımmüdafiəçini icarə əsasında göndərmək istəyir. 23 yaşlı futbolçunun da öz mədəniyyətinə daha yaxın olan Türkiyədə yaşamaq istədiyi deyilir.
Qeyd edək ki, Belhanda bu yay “Monpelye”dən “Dinamo”ya keçib. Gənc futbolçu Fransa klubunda çıxış edərkən “Fənərbaxça” nə qədər çalışsa da, onu transfer edə bilməmişdi.

0
0