AZAL “uçur”, “Xəzər Lənkəran” iddiasını itirir - STATİSTİKA
25.12.2013 - 11:03
Topaz Premyer Liqasının arxada qalan 2 dövrəsində liderlərin qənimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, turnir cədvəlinin ilk 3 pilləsində qərarlaşan “Qarabağ”, “Qəbələ” və “Neftçi” ilə qarşılaşmalarda ən yaxşı nəticəyə AZAL malikdir.
Belə ki, “təyyarəçilər” liderlərlə 6 matçda 7 xal toplayıb.
“Neftçi” (2:1) və “Qarabağ” (1:0) üzərində qələbələri olan Vaqif Sadıqovun yetirmələri sonuncularla heç-heçə də edib – 1:1. Ağdam təmsilçisinə uduzmayan AZAL “Qəbələ”dən xal ala bilməyib.
AZAL kimi, 2 qələbəsi olan “Bakı” bu cədvəldə ikinci yerdədir. 3 komanda – “Simurq”, “Rəvan” və “Xəzər Lənkəran” isə liderlərlə qarşılaşmalarda qələbəyə həsrətdir.
Zaqatala təmsilçisi favoritlərə daha az - cəmi 2 dəfə uduzmaqla hamıdan öndədir. “Simurq” liderlərə cəmi 1 qol vursa da, hamıdan az – üçünü buraxıb. Bu da onunla bağlıdır ki, 6 matçın 4-ü qolsuz heç-heçə ilə nəticələnib.
İddialı klublardan “Xəzər Lənkəran” isə uğursuz keçirdiyi mövsümün ilk yarısında liderlərlə qarşılaşmalarda ciddi çətinlik yaşayıb. Cənublular 6 matçda cəmi 1 qol vurmaqla, 2 xal qazanıb.

yer | klub | O | Q | H | M | T/F | X |
1 | AZAL | 6 | 2 | 1 | 3 | 6-9 | 7 |
2 | Bakı | 6 | 2 | 0 | 4 | 7-10 | 6 |
3 | İnter | 6 | 1 | 0 | 5 | 7-12 | 5 |
4 | Simurq | 6 | 0 | 4 | 2 | 1-3 | 4 |
5 | Sumqayıt | 6 | 1 | 1 | 4 | 4-13 | 4 |
6 | Rəvan | 6 | 0 | 2 | 4 | 2-9 | 2 |
7 | Xəzər Lənkəran | 6 | 0 | 2 | 4 | 1-11 | 2 |
0
0