“Gələn il həm güclü komandamız, həm də saytımız olacaq” - MÜSAHİBƏ
25.12.2013 - 11:35
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi
- AZAL Topaz Premyer Liqasının geridə qalan bölümündə sıxıntılı günlər yaşasa da, qış fasiləsinə son çempion “Neftçi” üzərində qələbə qazanmaqla çıxdı. Komandanızın çıxışını necə qiymətləndirirsiniz?
- Hazırda turnir cədvəlində 7-ci sırada qərarlaşsaq da, 4-cü pillədəki “İnter”dən 3 xal geri qalırıq. Reallıqla barışmaq lazımdı. Bu gün yüksək yerlər uğrunda mübarizə aparmağa hazır deyilik. Ancaq 4-cü olmaq üçün mübarizə apara bilərik. “Transfer pəncərəsi” dövründə görüləsi işlərimiz çoxdur. Əlimizdəki imkanlardan səmərəli istifadə edib, növbəti mövsüm üçün güclü bir komanda hazırlamaq istəyirik.
- Əksər oyunlarda yaxşı təsir bağışlasa da, komandanın hücum xəttində “dişsizlik” hiss olunurdu. Əsas probleminizin məhz bu olması ilə razısınız?
- Bəli, düz qeyd edirsiniz. AZAL 18 matçı hücumçusuz oynayıb. Yarımmüdafiəçi Viktor İqbekoyidən forvard kimi yararlanmışıq. Ön xətdə aqressiv olmaq lazımdır. Artıq bu mövqeyə futbolçu axtarırıq. Bu məsələni həll edə bilsək, komandanın gücünə güc qatarıq.
- AZAL-ın Junior Nildo və Zohair Benouahinin satmağın acısını çəkdiyini söyləmək olar?
- Belə deməzdim, AZAL həmişə komanda oyunu ilə seçilib. Nildo və Benouahi məhz bu komanda oyunun sayəsində tanındılar, ön plana çıxdılar.
- Yeri gəlmişkən, “Xəzər Lənkəran”da öz oyunlarını tapa bilməyən həmin futbolçuların AZAL-a dönəcəyi ilə bağlı söz-söhbətlər nə dərəcədə reallığı əks etdirir?
- Onların dönüşü gündəmdə deyil. Bu xəbərləri haradan qaynaqlandığını bilmirəm. Onlar müqavilə ilə “Xəzər Lənkəran”a məxsusdurlar. Tək biz yox, yəqin ki, bir çox klublar həmin futbolçular azad agent statusu alandan sonra onlarla danışığa başlaya bilər.
- Onların komandanıza qayıtmalarını istəyirsiniz?
- Hər birinə böyük hörmətlə yanaşıram. Ancaq mən o məşqçilərdənəm ki, keçmişə yox, gələcəyə baxıram.
- Ruslan Tağızadə və Freddi Borqdan başqa sizinlə yollarını ayıran futbolçular olacaq?
- Yəqin ki, olmayacaq. Son oyundan sonra ümumi iclasda bildirilib ki, hər bir futbolçu ilə əməkdaşlığı davam etdirəcəyik. Yanvarın 5-də yığışıb, 6-dan hazırlığın ilk mərhələsinə başlayacağıq. Ola bilər ki, hansısa dəyişikliklər olsun. Ən azı 3-4 yeni futbolçu almağı düşünürük.
- Qış fasiləsində əksər klubların hazırlıq planı bəlli olsa da, AZAL-da qeyri-müəyyənlik var, toplanışı hara keçirəcəyinizi hələ də bilmirsiniz. Bu, maddi problemlərlə bağlıdır?
- Bu suala rəhbərlik cavab verə bilər. İstərdim ki, güclü rəqiblərlə yaxşı hava şəraitində yoldaşlıq matçları keçirmək üçün 2 həftəlik ölkə xaricinə gedək. Hazırlığı harada keçməyimizdən asılı olmayaraq, AZAL hər zaman öz işinə peşəkar yanaşır.
- AZAL-ın işinə peşəkarlıqla yanaşdığını söyləyirsiniz. Ancaq klubun təşkilatı işlərlə bağlı müəyyən problemlərin olması göz önündədir. AZAL yeganə Premyer Liqa klubudur ki, rəsmi saytı yoxdur. İndiki zamanda bu cür xırda məsələləri yoluna qoya bilməyən klubun mükafatlar uğrunda mübarizə aparması bir qədər qəribə görünür...
- Mən başa düşə bilmirəm, siz sırf futboldan sual verin. Klubun saytının olub-olmadığına baş məşqçi cavab verməlidir?
- Təbii ki, yox. Siz “AZAL işinə peşəkar yanaşır” söylədiyiniz üçün bu məqamı qabartdıq...
- Bu, mənə aid olan məsələ deyil axı. Mən məşqçiyəm və komandanın oyununa, nəticələrə cavabdehəm. Sayta gəlincə, bilmirəm, sizin xəbəriniz var, yoxsa yox, amma bununla bağlı iş gedir. Növbəti mövsüm üçün AZAL-ın da rəsmi saytı olacaq.
ŞAMO

0
0