Azərbaycanlı hakimlərin sayında artım
25.12.2013 - 12:16
Bu gün təsdiqləndiyi rəsmən açıqlanan FİFA hakimlərimizin siyahısında artım qeydə alınıb. Apasport.az saytının məlumatına görə, 2013-cü ildə 18 azərbaycanlı hakim beynəlxalq oyunlara təyinat alırdısa, 2014-cü ildə bu rəqəm 19-a çatacaq.
Bu atım qadın referilərinin sayındakı dəyişikliklə bağlıdır. Belə ki, artıq 1 deyil, 2 xanım beynəlxalq görüşləri idarə edəcək. Siyahıdakı yeni ad isə Fəridə Lütfəliyevadır.
19 nəfərlik siyahıda daha 3 yeni ad var. Lakin onlar öz “amplua”larında başqasını əvəzləyiblər.
Artıq neçə illərdir yan xətt hakimi kimi Avropa meydanlarında ədalətin qoruyan Mehman Mahmudov bundan sonra yalnız daxili arenada iş başında olacaq. 2006-cı ildən FİFA dərəcəsi olan təcrübəli laynsmanı bu siyahıda Rza Məmmədov əvəzləyib.
Hakimlikdən qovulan Elçin Məmmədov isə futzal hakimləri siyahısını tərk edib. Onun kənarda qalmasından sonra boşalan yerə Xəlil Hüseynli sahib çıxıb.
Qadın laynsmanların siyahısında da dəyişiklik nəzərə çarpır. Burada Yuliya Larionova siyahını tərk edib. Onun əvəzinə beynəlxalq oyunlarda Xəyalə Əzizzadə ədaləti qorumalıdır.

0
0