Daha bir legioner “Xəzər Lənkəran”dan ayrıldı
25.12.2013 - 13:11
Daha bir futbolçunun “Xəzər Lənkəran”dan gedişi rəsmiləşib. Apasport.az saytı xəbər verir ki, bolqarıstanlı müdafiəçi Rodomir Todorov “ağ-yaşıllar”la yollarını ayırıb.
Cənub təmsilçisi müqaviləsinin müddəti başa çatan futbolçu ilə yeni sözləşmə imzalamağı lazım bilməyib.
Qeyd edək ki, 2007-ci ildə “Xəzər Lənkəran”a transfer olunan Rodomir Todorov bu komandada 3 il oynadıqdan sonra əvvəl “Bakı”ya, ardından “Spartak”a (Varna) keçib. 2012-ci ildə Cənub klubuna geri dönən bolqarıstanlı futbolçu bu qış özünə yeni komanda tapmalı olacaq.

0
0