“Fərqli mövqe, yeni komanda, görmədiyim mühit...” - MÜSAHİBƏ
25.12.2013 - 16:19
“Xəzər Lənkəran” klubun mərakeşli futbolçusu Zohair Benouahinin apasport.az saytına müsahibəsi
- İstirahətiniz necə gedir?
- Hazırda vətənimdə, Mərakeşdəyəm. Yorğunluğumuzu çıxardırıq. Tezliklə təlim-məşq toplanışı olacaq, güc toplamaq lazımdır.
- “Xəzər Lənkəran”dakı gələcək taleyiniz necə olacaq: komandada qalırsız, yoxsa?
- Dəqiq bir söz deyə bilmərəm. Buna yeni baş məşqçi qərar verəcək. Biletim Mərakeşə və geriyə alınıb.
- AZAL-da yaxşı çıxış etsəniz də, “Xəzər Lənkəran”da oyununuz alınmır. Səbəb nədir?
- Bilirsiniz, Con Toşak məni adət etmədiyim mövqedə - sol cinahda oynadırdı. Fərqli mövqe, yeni komanda, görmədiyim rayon mühiti… Bir çox amillər istədiyim futbolu nümayiş etdirməyə imkan vermədi. Görək bundan sonra necə olacaq.
- “Xəzər Lənkəran”da qalmaq istəyirsiniz?
- Mənim bu klubla müqaviləm var.
- Bəs başqa təkliflər necə? Məsələn, AZAL-a qayıtmaq variantına necə baxırsınız?
- Dediyim kimi, “Xəzər Lənkəran”la müqaviləm var. Bu mövzuda danışa bilmərəm. Siz mənə deyin görüm, klubda nə yenilik var? Komandadan ayrılan olub?
- Duqlas Leyte və Radomir Todorov rəsmən ayrılıblar.
- Bəs Junior Nildo?
- Onun da taleyi sual altındadır...
- Demək belə... Xahiş edirəm, mənimlə bağlı nəsə yeni bir şey olsa, “facebook”da xəbər yollayın.

0
0