Milinko Pantiç onların “qələm”ini sındırıb...
25.12.2013 - 16:57
Milinko Pantiç baş məşqçisi olduğu “Bakı”nın heyətində görmədiyi futbolçuların adlarını hələlik açıqlamasa da, onun “qara siyahı”sında olanların bəziləri müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, serbiyalı mütəxəssis legionerlərdən narazıdır.
Belə ki, “zolaqlılar”ın sabiq meneceri Vüqar Hüseynzadənin tapıntısı olan Marius Penanın aqibəti hamıya məlumdur. “Otselul”un heyətində Rumıniya çempionluğunu qazanmış Pena Bojidar Bandoviçin vaxtında qısa müddətdə adından söz etdirsə də, Pantiçin gəlişindən sonra gününü ehtiyatda keçirir. “Simurq”la görüşdə penaltini qaçırması və 7 görüşdə 1 dəfə də olsun fərqlənə bilməməyi ona baha başa gəlib.
Deyvidas Çesnauskis isə Aleksandr Starkovun kadrıdır. Litva yığmasının yarımmüdafiəçisinin “qələmi” hələ yayda - Maris Verpakovski ilə eyni vaxtda qırılmışdı. Ancaq sonradan Pantiç ona şans vermək qərarına gəldi. Son oyunların birində Çesnauskisin oyunundan narazılığını bildirməsi isə litvalının işinin bu dəfə müsbətə doğru dəyişməyəcəyindən xəbər verir.
Pena ilə eyni vaxtda, düz 1 il əvvəl komandaya ayaq basmış ispaniyalı Mario Rubio da yol üstədir. “Numansiya”nın sabiq futbolçusu Kamran Ağayevlə birgə İstanbulda cərrah bıçağı altına düşsə də, millimizin qapıçısından fərqli, hələ də cari mövsüm debüt edə bilməyib.
Vaxtilə komandanın “vuran ürəy”i sayılan Aleksandar Şoliçin çıxışı da Pantiçin ürəyincə deyil. Əsas heyət üzvlərindən sayılsa da, xorvatiyalı legionerin oyunu Pantiçi qane etmir. Ona görə də Pantiçin oyun qurucusu mövqeyinə futbolçu axtardığı istisna deyil.
Bundan başqa, Əfran İsmayılov və Rauf Əliyevlə məşqlərdə yola getməyən Mindauqas Kalonas, əsas heyətdəki yerini ispan müdafiəçilərə təhvil verən Giorgos Pelagias və baş məşqçinin heç vaxt şans vermədiyi makedoniyalı qapıçı Edin Nuredinoskinin də komandadan ayrılacağı gözlənilir.

0
0