Marius Pena: Azərbaycanda bir neçə il də qalmaq istərdim
25.12.2013 - 17:44
Marius Pena: Azərbaycanda bir neçə il də qalmaq istərdim
“Otselul” almalı olduğum pulu hesabdan sildi. Mənə çatacaq pulu istəməyib, “Bakı”ya keçdim”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın hücumçusu Marius Pena deyib.

Rumıniyalı futbolçu çempionluq və ölkə kubokunu qazandığı “Otselul”dan ötən mövsümün qışında ayrılmasına aydınlıq gətirib.

Onun sözlərinə görə, maliyyə çətinlikləri üzündən komandasını tərk etsə də, yenidən sabiq klubuna qayıtmağa hazırdır: “Otselul”un mənə verəcəyi puldan imtina etdiyimə görə təəssüflənmirəm. Mən Qalats şəhərinə böyük zövqlə qayıtmışam. Burda ailəmə baş çəkdim. Qalats mənim üçün doğulduğum Buxarestdən sonra ikinci böyük şəhərdir. Burda oynadığım 4 il ərzində özümü kifayət qədər yaxşı hiss etmişəm. Azərbaycanda bir neçə il də qalmaq istərdim. Ancaq evə erkən qayıdacağımı da istisna etmirəm”.

Qeyd edək ki, Marius Pena ötən mövsümün qış fasiləsində “Otselul”dan 100 min avroya “Bakı”ya transfer olunub. O, Milinko Pantiçin “qara siyahısı”nda yer alan oyunçular arasındadır.