Bolqarıstanlı futbolçu: “İnter” mənə çox şey verdi
25.12.2013 - 18:13
“Mən “İnter”də ömrüm boyu xatırlayacağım bir neçə il keçirdim. Azərbaycanda hər şey xoşuma gəlirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun yollarını ayırdığı bolqarıstanlı futbolçu Daniel Genov deyib.
Müqaviləsi qarşılıqlı razılıq əsasında pozulan legioner sabiq klubunun rəsmi saytına açıqlama verib: “Klub haqqında da eyni sözləri deyə bilərəm. Burada mən çox şeyi öyrəndim. “İnter”də unudulmayan illər keçirdim. Bu klub mənə çox şey verdi və onunla ayrılmaq elə də asan olmadı. Hazırda karyeramı davam etdirmək üçün bir neçə variantım var. Hansı klubda çıxış edəcəyim barədə hələlik qərar qəbul etməmişəm, ancaq tezliklə hər şey müəyyənləşəcək”.
Qeyd edək ki, Daniel Azərbaycan çempionatında 52 oyuna 3 qol vurub. Bunun 27 oyun və 2 qolu “İnter”də qeydə alınıb.

0
0