Səlahət Ağayev klub axtarır: Hansı olursa olsun... - MÜSAHİBƏ
26.12.2013 - 00:00
Bakının “İnter” klubunun qapıçısı Səlahət Ağayevin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının cari mövsümünün yarısı geridə qaldı. Arxada qalan hissəni necə dəyərləndirirsiniz?
- Komandamız çempionata çox pis başladı. Startda ardıcıl məğlubiyyətləri sıraladıq. Düzdü, sonra özümüzə gələ bildik. “Qarabağ”a məğlubiyyəti nəzərə almasaq, II dövrədə yaxşı çıxış etdik.
- “İnter”in öz oyununu tapması üçün bir dövrə gözləmək lazım idi?
- Yayda heyətə xeyli sayda yeni futbolçular cəlb edildi. Onların həm komandaya, həm də yerli mühitə adaptasiya olması üçün zamana ehtiyac var idi. Görünür, onlar II dövrədə öz oyunlarını tapdılar.
- Belə deyək: Komandanızın potensialı elə bu qədərdir?
- Xeyr, bundan da yaxşı olacaq. Yəqin ki, qış fasiləsində heyətə yenə futbolçular cəlb ediləcək. Zəif mövqelərin gücləndirilməsindən sonra komanda daha yaxşı çıxış edəcək. Komandanın potensialı böyükdür. “İnter” hər zaman çempionluğa iddialı olub, indi də elədir. Ən azı ikinci və ya üçüncü pillə uğrunda mübarizə aparacağıq.
- Bir ara baş məşqçi Kaxaber Sxadadze qapını sizə tapşırırdı. Amma son oyunlarda Georgi Lomaya yenidən ön plana keçdi. Bu dəyişiklik nə ilə bağlıdır?
- Nə dəyişdiyini deyə bilmərəm. Qapıçıdır, şans verdi, o da yaxşı durdu. Lomaya dayandığı oyunlarda komanda uduzmadı. Uduzmayan heyəti də dəyişmirlər, bunun heç mənası da yoxdur.
- Sizə şans verilən zaman etimadı doğrultmurdunuz?
- Mən duranda komanda çox uduzdu. 6 oyundan 5-də məğlub olduq. Həmin vaxtlarda da baş məşqçi heyətdə müxtəlif dəyişikliklər edirdi.
- Taleyinizlə barışmısınız?
- Xeyr, əsas heyətdə oynamaq istəyirəm. Gərək qış fasiləsi zaman keçiriləcək toplanışda özümü yaxşı tərəfdən göstərim.
- Komandada qalırsınız, yoxsa karyeranızı başqa klubda davam etdirəcəksiniz?
- Hələ dəqiq bilinmir. Müqaviləm yaya qədər davam edir. Ən azı yaya qədər burdayam.
- Deyəsən, dəyişiklik etmək istəyirsiniz?
- Hansı olursa olsun, amma əsas heyətdə meydana çıxa biləcəyim klub olsun. Oynamaq istəyirəm. Ehtiyatda qalmaq zamanı deyil.
- Baş məşqçi və ya klub rəhbərliyi ilə danışmısınız?
- Sözün açığı, yaya qədər “Sumqayıt”da daim oynayırdım. “İnter”ə qayıtdıqdan sonra 9 görüşdə meydana çıxdım. Hətta “Qarabağ”la qarşılaşmada da qapını mən qorumalı idim. Sadəcə, zədələndiyim üçün Lomayaya şans verildi.
- Başqa klublardan təklif almısınızmı?
- Təkliflər var, ancaq müqaviləm davam etdiyindən ad çəkməyəcəm.
- 2013-cü il necə keçdi?
- Yaxşı.
- Yaxşı deyəndə, nəyi nəzərdə tutursunuz?
- “İnter”də çox oynadım. Ehtiyatda az qaldım. Əsas yığmada da həm rəsmi, həm də qeyri-rəsmi oyunlarda qapını qorudum. Bu baxımdan ili özüm üçün uğurlu hesab edirəm.
- 2014-cü il at üstündə təhvil olacaq. Yeni ildən nə gözləyirsiz?
- Hamıya uğurlar arzulayıram. At kimi olmaq, at kimi qaçmaq lazımdır.

0
0