Bruma: Mançini məni öldürəcəyini deyir
25.12.2013 - 20:36
Bruma: Mançini məni öldürəcəyini deyir
“Qalatasaray”ın portuqaliyalı futbolçusu Bruma baş məşqçisi Roberto Mançini ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına danışan 19 yaşlı yarımmüdafiəçi italiyalı çalışdırıcının onu öldürəcəyini deyib.

Bruma “sarı-qırmızılılar”ın sabiq baş məşqçisi Fatih Terimlə Mançinini də müqayisə edib: “Hər iki məşqçi bir-birindən fərqlidir. Terim mənimlə ata kimi rəftar edirdi. Mançini isə, məni “Mançester Siti”də çalışdığı vaxtdan istəyirmiş. O, meydanda və kənarda daha çox çalışmalı olduğumu və top uğrunda mübarizə aparmasam, məni öldürəcəyini deyir”.

Portuqaliyalı komanda yoldaşları haqqında isə bu sözləri deyib: “Ətrafımdakılar mənə çox kömək olur. Komanda yoldaşlarım həm də məni çox dəstəkləyir”.

Qeyd edək ki, Portuqaliya millisinin də üzvü olan və gələcəyin ulduzu adlandırılan Bruma bu yay ölkəsinin “Sportinq” klubundan “Qalatasaray”a transfer olunub.