Cerard: Bunu bacara bilməsək, hamı üçün faciəvi olar
25.12.2013 - 20:58
Cerard: Bunu bacara bilməsək, hamı üçün faciəvi olar
“Liverpul”un kapitanı Stiven Cerard cari mövsümdəki çempionluq şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 33 yaşlı yarımmüdafiəçi ən azı mövsümü ilk 4 komanda arasında başa vurmaq istədiklərini deyib:

“Komandamızda qabiliyyətli futbolçular var. Çempionata yaxşı başladığımıza görə mövsümü ilk 4 komanda arasında başa vurmaq üçün əla şans əldə etdik. Bunu bacara bilməsək, hamı üçün faciəvi olar. Hesab edirəm ki, növbəti 10 matçda liderliyimizi qorusa bilsək, çempion da ola bilərik. Amma mövsümün başa çatmasına hələ çox vaxt var və bu səbəbdən də şəhər əhlisini xülyalara sövq etmək istəmirik”.

Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasının 17 turundan sonra 36 xalla turnir cədvəlinin birinci pilləsində yer alır. “Qırmızılar” ikinci pillədəki “Arsenal”la eyni xala sahibdir.