“Fiorentina” sloveniyalı yarımmüdafiəçisini göndərir
25.12.2013 - 22:38
“Fiorentina”nın futbolçusu Yosip İliçiç karyerasını “Kataniya”da davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə yerli “Tuttosport” xəbər yayıb.
Belə ki, məşqçilər korpusu bu mövsüm ümidləri doğrultmayan sloveniyalı yarımmüdafiəçini komandada saxlamaq istəmir. Əgər iki klub arasındakı danışıqlar müsbət nəticələnərsə, “bənövşələr” qış transfer pəncərəsində 25 yaşlı futbolçunu satacaq.
Qeyd edək ki, İliçiç bu yay İtaliyanın digər klubu “Palermo”dan “Fiorentina”ya keçib.

0
0