İbrahimoviç: ÇL-dəki hədəflərindən danışdı
26.12.2013 - 00:03
İbrahimoviç: ÇL-dəki hədəflərindən danışdı
PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç cari mövsüm Çempionlar Liqasındakı şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Fransa mətbuatına danışan isveçli hücumçu ÇL-də kubok qazanmağa qadir olduqlarını deyib:

“Çempionlar Liqasında bir neçə səviyyəli komanda var. Onlardan biri də PSJ-dir. Hesab edirəm ki, bizim bu turnirdə rəqiblərlə mübarizə aparmaq üçün kifayət qədər gücümüz var. Ötən mövsüm də inamlı çıxışımız oldu. Bu uğurlu çıxışı daha da irəlilətməliyik. Bu mövsüm Çempionlar Liqasında daha çox uğur qazanmalıyıq. Təbii ki, burada şans amili də önəmlidir. Hazırda komandamız yüksəlişdədir, amma iki ay sonra nə olacağı bilinməz. Ona görə də səylə çalışmalıyıq”.

Qeyd edək ki, Paris klubu ÇL-in 1/8 final mərhələsində Almaniya “Bayer”i (Münhenqladbax) ilə qarşılaşacaq.