Sabiq “Fənərbaxça”lı yenidən Türkiyəyə qayıdır
26.12.2013 - 01:33
“Fənərbaxça”nın sabiq futbolçusu İssiar Dia yenidə Türkiyə Superliqasına qayıda bilər. Apasport.az saytı qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “Ərciyəsspor” seneqallı futbolçunu heyətinə qatmaq istəyir.
Məlumatlara görə türk klubu bu transferi reallaşdırmağa çox yaxındır. 26 yaşlı futbolçu isə “Tvitter” sosial şəbəkəsindəki şəxsi hesabından bu barədə açıqlama yayıb: “İnşallah yanvarda Avropaya qayıdacağam”.
Qeyd edək ki, hazırda Qətərin “Lexviya” klubunda çıxış edən Dia 2010-2012-ci illər ərzində “Fənərbaxça”nın şərəfini qoruyub.

0
0