Türkiyənin gənclər və idman naziri vəzifəsindən kənarlaşdırıldı
26.12.2013 - 02:55
Türkiyənin gənclər və idman naziri vəzifəsindən kənarlaşdırıldı
Türkiyənin gənclər və idman naziri Suat Kılıç vəzifəsindən kənarlaşdırılıb. Apasport.az saytı qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, bunu yeni kabineti açıqlayan baş nazir Rəcəb Tayyip Ərdoğan deyib.

Məlumatlara görə bu vəzifəyə Samsun millət vəkili Akif Çağatay Kılıç gətirilib.

Qeyd edək ki, Suat Kılıç 2011-ci ilin iyul ayında bu vəzifəyə gətirilmişdi.