Suares: Balotelli dünya səviyyəli futbolçu deyil
26.12.2013 - 03:53
Suares: Balotelli dünya səviyyəli futbolçu deyil
İspaniya millisi və “İnter”in sabiq futbolçusu Luis suares “Milan”ın hücumçusu Mario Balotellini tənqid edib. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına danışan 78 yaşlı keçmiş yarımmüdafiəçi Balotellinin dünya səviyyəli futbolçu olmadığını deyib.

İtaliya A Seriyasının XVII turundakı “İnter” – “Milan” (1:0) derbisini dəyərləndirən Suares 23 yaşlı forvardın çıxışı barədə bu sözləri deyib: “Dünya səviyyəli futbolçular derbi görüşlərində özünü göstərir. Deməli, Balotelli hələ bu statusa layiq deyil. Bax, Rodriqo Palasio və Freddi Quarin əsl dünya səviyyəli futbolçu kimi oynadı”.

Qeyd edək ki, Balotelli A Seriyasında cari mövsüm 12 oyunda iştirak edib və 6 qol vurub.