Koentrao: Riberi “Qızıl Top” mükafatına layiq deyil
26.12.2013 - 04:42
Madrid “Real”ının və Portuqaliya millisinin futbolçusu Fabio Koentrao “Qızıl Top” mükafatına namizədləri dəyərləndirib. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına danışan təcrübəli müdafiəçi “Bavariya”nın ulduzu Frank Riberini bu mükafata layiq görmədiyini deyib.
Koentrao namizədlər arasında həmyerlisi və komanda yoldaşı Kriştianu Ronaldonun daha şanslı olduğunu bildirib: “Belə bir mükafatı Riberiyə verə bilməzsiniz. Çünki o, sadəcə 22 qol vura bilib. Messi möhtəşəm futbolçudur, amma o da xeyli vaxtdır ki futbol oynamır. Ronaldo isə formasının zirvəsindədir və Riberidən iki dəfə çox qol vurub”.
Qeyd edək ki, “Qızıl Top” mükafatı gələn ilin 13 yanvarında sahibinə qovuşacaq.

0
0