İtaliyalı forvard “Trabzonspor” yolunda
26.12.2013 - 06:30
İtaliyalı forvard “Trabzonspor” yolunda
“Latsio”nun futbolçusu Sercio Flokkari karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, “Trabzonspor” italiyalı hücumçunu heyətinə qatmaq istəyir.

Hücum xəttində problemlər yaşayan Qara dəniz təmsilçisi 32 yaşlı forvardla bu məsələni həll etmək istəyir. Məlumatlara görə Roma klubu Flokkari üçün 3 milyon avro istəyir.

Qeyd edək ki, 2010-cu ildən “Latsio”nun şərəfini qoruyan futbolçu cari mövsüm Avropa Liqasında 2 qol vurub. O, İtaliya A Seriyasındakı oyunlarda isə fərqlənə bilməyib.