“Barselona”nın Skolari planı
26.12.2013 - 07:35
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari “Barselona”ya keçəcək. Apasport.az saytının məlumatına görə, bu barədə İspaniya mətbuatı xəbər yayıb.
Belə ki, 65 yaşlı mütəxəssis 2014-cü ildə ölkəsində keçiriləcək dünya çempionatından sonra yığmadan ayrılaraq Kataloniya təmsilçisinin baş məşqçisi olacaq. Məlumatlara görə bunu ən çox istəyən klub prezidenti Sandro Roseldir. Rəhbərliyin hazırkı baş məşqçi Xerardo Martinonu “Barselona” səviyyəsində kluba layiq görmədiyi deyilir.
Qeyd edək ki, Skolari 2012-ci ildən Braziliya millisini çalışdırır, Martino isə bu yay ispan klubuna keçib.

0
0