Millimizin 44 yaşlı veteranı Ukrayna çempionatında
26.12.2013 - 09:00
Millimizin 44 yaşlı veteranı Ukrayna çempionatında
Azərbaycan milli komandasının sabiq futbolçusu Vladimir Poşexontsev vətəni Ukraynada diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, yığmamızın milliləşən legioneri hələ də futbolçu karyerasını davam etdirməsi ilə fərqlənib.

44 yaşlı veteran müdafiəçi hazırda Ukrayna çempionatının 2-ci liqasında mübarizə aparan “Real Farma” klubunda çıxış edir. Mərkəz müdafiəçisi kimi çıxış edən Poşexontsev çempionatın arxada qalan hissəsində 8 matçda meydana çıxıb. Çempionat matçlarında 427 dəqiqə oynayan müdafiəçimiz Ovidiopol təmsilçisinin ən yaxşı üzvü deyil. Belə ki, klub prezidenti Vladimir Lixovidov 47 yaşı olsa da, futbolçu kimi də komandasının az qala bütün oyunlarında forma geyib. 23 oyundan sonra hesabında 30 xal olan “Real Farma” isə 2-ci liqanın 19 komandası arasında 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Poşexontsev Azərbaycan yığmasında 5 oyun keçirib.