Federasiya prezidenti postunda qaldı
26.12.2013 - 09:26
Federasiya prezidenti postunda qaldı
AFFA-nın inzibati binasında Həvəskarlar Futbol Federasiyasının Hesabat-Seçki Konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, əvvəlcə federasiya rəhbərliyinin ötən dövrlə bağlı hesabatı dinlənilib.

Gündəlikdəki digər məsələlər həllini tapdıqdan sonra federasiyanın prezidenti vəzifəsinə seçki keçirilib. Kamil Rəhimov növbəti müddətə Həvəskarlar Futbol Federasiyasının prezidenti seçilib.

Mənbə: affa.az