“Konyaspor” rəsmisi “Qəbələ” ilə qarşılaşacaqlarını təsdiqlədi
26.12.2013 - 09:45
“Konyaspor” rəsmisi “Qəbələ” ilə qarşılaşacaqlarını təsdiqlədi
Qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək “Qəbələ”nin “Konyaspor”la yoxlama matçında qüvvəsini sınayacağı təsdiqlənib. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisinin hazırlıq planlarını açıqlayan klub meneceri Seyit İçgül bu qarşılaşmanın baş tutmasının dəqiqləşdiyini bildirib.

“Toplanışın proqramı dəqiqləşib. Antalyada hazırlıq keçəcəyik. Yanvarın 17-dək orada qalmağı planlaşdırmışıq. Fikrimizdə 5 yoxlama oyunu var. Bunlardan ikisi müəyyənləşib. Ayın 10-da “Ərciyəsspor”, 16-da Azərbaycanın “Qəbələ” klubu ilə görüşəcəyik. Digər matçları isə baş məşqçimizlə məsləhətləşdikdən sonra aydınlıq gətirəcəyik”.

Qeyd edək ki, Konya təmsilçisinin Məsut Bakkaı çalışdırır.