“İnter”in yoxlama oyunlarının vaxtı bilindi
26.12.2013 - 10:23
Yanvarın 5-dən Türkiyənin Bələk bölgəsində təlim-məşq toplanışında olacaq “İnter” yoxlama oyunlarının tarixini dəqiqləşdirib. Apasport.az saytının əldə etdiyi məlumata görə, hazırda çempionatda 4-cü pillədə qərarlaşan paytaxt təmsilçisi təxminən 1 həftə fiziki hazırlıqla məşğul olacaq.
Məhz bundan sonra “İnter” gücünü yoxlama oyunlarında sınamağa başlayacaq.
Belə ki, “bankirlər” ilk hazırlıq matçını yanvarın 11-də keçirəcək. Yanvarın 15, 18, 22 və 25-də isə digər yoxlama görüşləri baş tutacaq. Sonuncu hazırlıq qarşılaşmasından dərhal sonra “İnter” vətənə qayıdacaq.
Qeyd edək ki, “İnter” yanvarın 22-də Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Arminiya” ilə yoxlama matçında gücünü sınamaq istəyir.

0
0