Kurban Berdıyev Kiyev “Dinamo”sunu çalışdıracaq?
26.12.2013 - 10:30
“Kurban Berdıyev “Dinamo”nu çalışdıracaq? Bu xəbəri zarafat kimi qəbul etmək olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kiyev “Dinamo”sunun vitse-prezidenti Aleksey Semenenko deyib.
O, Rusiyanın “Rubin” klubundan istefaya göndərilən Kurban Berdıyevin Kiyev “Dinamo”sunu çalışdıracağı iddiasına şərh verərkən, məlumatın doğru olmadığını söyləyib: “Klub prezidenti İqor Surkis baş məşqçimiz Oleq Bloxinlə yenicə görüşüb. Onlar 2 saata yaxın söhbət etdilər və sonra bir-birlərinin əlini sıxaraq, razılığa gəldilər. Bloxin ən azı gələn ilin may ayınadək “Dinamo”nu çalışdırcaq”.

0
0