“Bu haqda Hafiz Məmmədovla danışığımız olacaq” - FOTO
26.12.2013 - 11:02
“Əgər o komandamıza keçmək istəyirsə, bu varianta baxa bilərik”. Apasport.az saytının məlumatına görə, bunu Fransanın “Lans” klubunun prezidenti Jerve Martel deyib.
“Bakı”nın prezidenti Hafiz Məmmədovun sponsoru olduğu “Lans”ın qanuni rəhbəri klubun transfer siyasəti ilə bağlı fransız jurnalistlərin suallarını cavablandırıb. Martel hazırda Çinin “Dalyan Aerbin” klubunda çıxış edən fransız hücumçu Qiyom Oaronun transferi ilə bağlı da danışıb.
59 yaşlı Martelin sözlərinə görə, Hafiz Məmmədovla danışıqlardan sonra transferlər haqqında danışmaq mümkündür: “Görək, Avropa maliyyəsində vəziyyət necə olacaq. Klubun gəlir və xərcləri balanslaşdırılmalıdır. Bu haqda Hafiz Məmmədovla danışığımız olacaq. Gəlin, hələ tələsməyək. Əsas odur ki, bizim yaxşı tərəfdaşımız var”.

0
0