17 yaşlı futbolçunun fəryadı
26.12.2013 - 12:51
“Ötən ilin fevralında “Xəzər Lənkəran”la keçirilən oyunda burnum sınıb. Ancaq komandamız əməliyyat olunmaq üçün mənə heç bir köməklik göstərmir”. Bu sözləri apasport.az saytına aşıqlamasında 17 yaşadək futbolçulardan ibarət “Simurq” klubunun üzvü Xəlil Xəlilli deyib.
Komandanın tibbi personalının laqeydsizliyindən danışan Xəlilli əməliyyat üçün 1000-1200 dollara ehtiyacı olduğunu bildirib. Ancaq klubdan bununla bağlı heç bir köməklik göstərilmir: “Kimə deyiriksə, sözləri o olur ki, vaxtında deyərdiniz. Halbuki, atamla birgə elə zədə aldığım vaxt komandanın həkiminə müraciət etmişdik. Həkimi isə bizə yalnız 17 yaşdan yuxarı futbolçulara tibbi köməklik göstərildiyini bildirmişdi. Ümumiyyətlə, U-17 liqasında “Simurq”un oyunlarında təcili tibbi yardım maşını olmur. 6-7 aydan sonra hərbi xidmətə getməliyəm. Artıq nəfəs ala bilmirəm. Ona görə artıq 2 aydır məşq də etmirəm”.
Futbolçunun atası Mübariz Xəlilov isə buna görə klub rəsmilərini məhkəməyə verməyə hazırlaşır: “Artıq 2 ilə yaxındır oğlumun burnu sınıb, ancaq onun əməliyyatı üçün maddi köməklik etməyə yaxın duran yoxdur. Bununla bağlı klubun maliyyə işlərinə baxan Sərhat və Vaqif müəllimlə (klubun icraçı-direktoru Vaqif Əliyevi nəzərdə tutur-red.) də danışmışam. Ancaq xeyri yoxdur. Bu məsələni bir-birinin üstünə atırlar. Məncə, bundan klub prezidentinin xəbəri yoxdur. Uşağın burnunu görsəniz, qorxarsınız. Şişib, nə boyda olub. Özüm Zaqataladanam, ancaq kömək edən yoxdur. Onlara vaxt vermişəm. Əgər buna yaxın duran olmasa, yanvarın əvvəllərində məhkəməyə müraciət edəcəyəm. Ali Məhkəməyə, lap elə beynəlxalq instansiyalara kimi gedib çıxacağam. Təki bu məsələdə haqqımızın tapdalandığını sübut edim”.

0
0