“Qəbələ” təkzib edir - FOTO
26.12.2013 - 13:05
“Qəbələ”nin transfer siyahısında yer alan legionerlərdən birinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi Tacikistan yığmasının müdafiəçisi Davron Erqaşevi heyətinə qatmaq istəyir.
Bu ölkədən olan həmkarlarımız hazırda Qazaxıstanın “Jetısu” klubunun formasını geyən müdafiəçinin “Qəbələ” ilə danışıqlar apardığını iddia edir. Futbolçunun agenti Aleksandr Frank isə Davronu heyətində görmək istəyənlərin sayının çox olduğunu bildirib. Onun sözlərinə görə, “Jetısu” da Erqaşevlə müqaviləni uzatmaq istəyir. Bundan başqa isə Qazaxıstanın “İrtış” klubu da bu futbolçunun xidmətində maraqlıdır.
Bu məsələ ilə bağlı “Qəbələ”nin baş meneceri Zaur Əzizovun da fikrini öyrənməyə çalışdıq. Ancaq Əzizov belə bir futbolçu ilə maraqlanmadıqlarını bildirib.
Qeyd edək ki, Davron “Jetısu”ya keçənədək vətənində “Reqar-TadAZ” və “İstiqlal”ın şərəfini qoruyub.

0
0