Anar Bəkirov bilmir, bilsə...
26.12.2013 - 15:44
“Saytınızda gedən yazını diqqətlə oxudum. Xəlil Xəlillinin atası tərəfindən mənə bir neçə gün öncə zəng vurulmuşdu. Hazırda bu məsələ ilə bağlı araşdırma aparırıq”. Bunu apasport.az saytına açıqlamasında “Simurq”un icraçı-direktoru Vaqif Əliyev deyib.
Ötən il “Xəzər Lənkəran”la oyunda “Simurq”un U-17 komandasının futbolçusu Xəlil Xəlillinin burnu sınıb. Ancaq bu hadisədən uzun müddət keçsə də, Xəlillinin burnu əməliyyat edilməyib. Futbolçunun atası Mübariz Xəlilov bunda klub rəsmilərini günahlandırır. O bildirib ki, “Simurq” rəhbərliyi futbolçunun əməliyyatı üçün heç bir iş görmür və buna görə məhkəməyə müraciət etməyə çalışır.
Əliyevin sözlərinə görə, bu məsələ klub tərəfindən yoluna qoyulacaq: “Bizim klubun prezidenti Anar müəllim (Anar Bəkirovu nəzərdə tutur – S.T.) belə şeylərə çox həssas insandır. Bunu bilsə, əlindən gələn köməkliyi göstərəcək. Futbolçu bizə məxsus olduğu dövrdə zədələnibsə, bu, 100 faiz həllini tapacaq. Bir dəfə qasıq nahiyəsindən zədələnmişdi və onda klubun hesabına əməliyyat olunmuşdu. İndi də belə bir şey varsa, mütləq əməliyyat olunması üçün lazımi tədbirlər görüləcək”.
Əliyev vurğulayıb ki, Xəlil hazırda “Simurq”un futbolçusu deyil və vaxtında klub nümayəndələrini burnunun sınması ilə bağlı məlumatlandırmayıb: “O, 6 aya yaxındır bizə məxsus futbolçu deyil. Futbolçunun “Simurq”un U-17-sinin Zaqataladakı oyunlarında tibbi personalın olmamağını deməsi onun savadsızlığından xəbər verir. Necə ola bilər ki, AFFA-nın bayrağı altında keçirilən yarışda polis, yanğınsöndürmə və təcili tibbi yardım maşını olmadan oyun keçirilsin? AFFA nümayəndəsi bunlarsız oyunların keçirilməsinə icazə verməz. Bizə vaxtında müraciət etsəydi, biz onun əməliyyatı üçün hər şey edərdik”.
Səbuhi TOFİQOĞLU

0
0