Topaz Premyer Liqasında derbilərin ən yaxşısı
26.12.2013 - 16:21
Topaz Premyer Liqasında derbilərin ən yaxşısı
Topaz Premyer Liqasının arxada qalan ilk yarısında 20 derbi baş tutub. Apasport.az saytının məlumatına görə, yalnız Bakı təmsilçilərinin sayı 1-dən artıq olduğu üçün çempionatda ancaq paytaxt derbiləri keçirilib.

Premyer Liqanın 10 klubundan düz yarısı – beşi Bakı komandalarıdır. Onların ilk 2 dövrdə öz aralarında keçirdiyi oyunların nəticələrinə əsasən, qeyri-rəsmi Bakı çempionatının cədvəlini müəyyənləşdirmək mümkündür.

Bu yarışda isə ən güclü “İnter”dir. Kaxaber Sxadadzenin yetirmələri evdə AZAL, səfərdə “Neftçi”yə uduzsa da, hamıdan çox qol vurmaqla xal sayında da 1-cidir.

Öz meydanında həmşəhərlilərinin hamısına qalib gələn “Neftçi” isə səfərdə yalnız “Rəvan”dan güclü olub. Sonuncular isə paytaxt klublarına xal paylamaqla məşğuldur. Onlar rəqiblərindən cəmi 2 xal ala bilib.

AZAL isə turnir cədvəlində özündən öndə olan “Bakı”nı qabaqlayır. Paytaxtın eyniadlı təmsilçisi isə 65 qolun vurulduğu derbilərin ən az top buraxanıdır.

1
İnter
8
5
1
2
18-11
16
2
Neftçi
8
5
0
3
15-12
15
3
AZAL
8
4
2
2
10-11
14
4
Bakı
8
2
3
3
13-8
9
5
Rəvan
8
0
2
6
9-14
2