“Sumqayıt” ilk transferini reallaşdırdı - FOTO
26.12.2013 - 16:51
“Sumqayıt” ilk transferini reallaşdırdı - FOTO
"Sumqayıt" qış fasiləsində ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi "İnter"də çıxış etmiş Ramil Mansurovu heyətinə qatıb.

20 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ramil Mansurov "İnter"in əvəzedici heyətində 2 mövsüm ən sərrast futbolçu olub və ümumilikdə 50-dən artıq qol vurub.