“Simurq”un hazırlıq planı bəllidir
26.12.2013 - 17:15
“Simurq” qış təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq. Apasport.az saytının əldə etdiyi məlumata görə, Zaqatala təmsilçisi Türkiyəyə yanvarın 8-də yola düşəcək və ilk məşqinə də elə həmin gün çıxacaq.
Antalyanın Side bölgəsində yerləşən "Sueno" otelində məskunlaşacaq Zaqatala təmsilçisinin burada 4 yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub. Yanvarın 26-da isə Georgi Çixradzenin yetirmələri ölkəyə qayıdacaq və hazırlıqları doğma arenada davam etdirəcək.
Qeyd edək ki, qış təlim-məşq toplanışı çərçivəsində "Simurq"un keçirəcəyi yoldaşlıq görüşlərindəki rəqiblər və tarix hələ bilinmir.

0
0