“O, nəinki ideal, normal formadan da uzaqdır” – MÜSAHİBƏ
26.12.2013 - 17:44
“Sumqayıt” klubun prezidenti Kamran Quliyevin apasport.az saytına müsahibəsi
- Komandanız bu gün Ramil Mansurovu heyətinə qatmaqla, qış fasiləsində transfer çalışmalarına start verdi. Heyətdə daha kimləri görə biləcəyik?
- Bəli, Mansurovla başladıq. 20 yaşı var, gəncdir. Bizə azad agent kimi gəldi, 2 illik müqavilə bağladıq. Daha kimlər olacaq? Ad çəkə bilmərəm. Yekunlaşmamış nəsə demək düz çıxmaz. Ancaq danışıq apardığımız oyunçular var.
- Transfer işlərini necə aparırsınız: siz futbolçulara dəvət göndərirsiniz, yoxsa onlar “Sumqayıt”ın qapısını döyürlər?
- Əsasən menecerlərin təklif etdiyi oyunçulara baxırıq. Elə futbolçular var ki, şəxsən müraciət ediblər. Qaydalar çərçivəsində işimizi davam etdiririk. Yeri gəlmişkən, “Qəbələ”nin futbolçusu Tərzin Cahangirovla yarım illik icarə müqaviləsi imzalamağa yaxınıq.
- Bəs Rövşən Əmiraslanovun məsələsi nə yerdədir?
- Bu futbolçu ilə danışıq aparmamışıq. Onunla şəxsən söhbətim olmayıb.
- Baxışda olan millimizin sabiq üzvü Daniel Axtyamovla bağlı yekun qərar verdiniz?
- Bəli, bizə lazım olmadı. O, nəinki ideal, normal formadan da uzaqdır.
- Komandadan ayrılacaq futbolçuların siyahısı bəllidir?
- “Neftçi”nin bizə icarəyə verdiyi 4 futbolçu - Ruslan Qurbanov, Slavik Alxasov, Kərim Diniyev və Elşən Abdullayevlə sözləşməmizin müddəti başa çatıb. Artıq məxsus olduqları klub onlarla bağlı açıqlama verib, geri çağırılıblar. Nurlan Novruzovda qış fasiləsindən sonra “Sumqayıt”da çıxış etməyəcək. Onunla da icarə müqaviləmizin müddəti başa çatıb. Nurlanla maraqlanan klublar var. O, başqa komandaya da keçə bilər, məxsus olduğu “Bakı”ya da dönə bilər.
- Vurğun Hüseynov “Sumqayıt”da qalır?
- Vurğun qalır. Ancaq zədəsi var. Bu gün və ya sabah menisk əməliyyatı keçirəcək, 2 həftə, 20 gün oynaya bilməyəcək.
- Kapitanınız Samir Abasovun futbolçu karyerasını bitirmək ehtimal vardı. Bu məsələ nə yerdə qaldı?
- Samir karyerasını bitirəcək. Ancaq qışda yox, yayda. Bununla bağlı özü ilə söhbətimiz olub. Yəqin ki, gələcəkdə özünü futbolda görür.
ŞAMO

0
0