“Qırmızı vərəqənin doğru olub-olmadığını bilmirəm”
26.12.2013 - 18:28
“Qırmızı vərəqənin doğru olub-olmadığını bilmirəm”
“Məğlub olduğumuz üçün məyusuq. Akhisara xal və ya xallar almaq almaq üçün getmişdik”. Apasport.az saytının məlumatına görə, bunu milli komandamızın və “Sivasspor”un hücumçusu Cihan Özkara deyib.

Türkiyə Superliqasının son turunda “Sivasspor” səfərdə “Akhisar Bələdiyyəspor”a 1:2 hesabı ilə yenildi. Özkara bu qarşılaşmanın 83-cü dəqiqəsində Fransa doğumlu mərakeşli yarımmüdafiəçi Aatif Şaeşueni əvəzləyərək meydana daxil olub. Ancaq bundan 6 dəqiqə sonra Cihanın komandası qapısında top görərək yenilgiyə məruz qalıb.

Millimizin Almaniya doğumlu futbolçusu qarşılaşma ilə bağlı bunları deyib: “Oyuna yaxşı başlamışdıq, amma qol buraxdıq. Sonra qırmızı vərəqə aldıq. Doğrudur, yoxsa yox, bilmirəm. Ancaq qarşıdakı matçlarımızda qələbə qazanacağımıza inanıram”.

Qeyd edək ki, həmin matçın 72-ci dəqiqəsində Ümit Kurt birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.