“İnter”in sabiq hücumçusu Litvada məşqçi işləyir
26.12.2013 - 18:52
“İnter”in sabiq hücumçusu Litvada məşqçi işləyir
“İnter” və “Simurq”un sabiq hücumçusu Robertas Poşkus Litvada məşqçilik fəaliyyətinə başlayıb. Apasport.az saytının məlumatına görə, o, karyerasını bitirdiyi ölkəsinin Qranit “Klaypeda”sında məşqçiliyə start verib.

Futbolçu artıq burdakı fəaliyyəti ilə də seçilməyə başlayıb. Belə ki, o, ölkəsində 2013-cü ilin ən yaxşı Litva çempionatının məşqçiləri sırasına düşüb. Poşkus səsvermə nəticəsində topladığı 232 xalla “Kruoya”nın baş məşqçisi Aydas Dambrauskasla birgə 5-6-cı sıraları bölüşür.