Cihan Özkaranın komandası Türkiyə çempionu ilə eyni qrupda!
26.12.2013 - 19:03
Bu gün Türkiyə kubokunun qrup mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” A qrupunda mübarizə aparacaq.
O, 1 dəfə Türkiyə çempionu olmuş “Bursaspor”, “Əskişəhərspor” və “Akhisar Bələdiyyəspor”la eyni qrupda mübarizə aparacaq. B qrupunda isə “Qalatasaray”, “Antalyaspor”, “Tokatspor” və “Elazığspor” yer alıb. İlk qarşılaşmalar yanvarın 14-15-də baş tutacaq. 6 turdan ibarət olan qrup görüşləri fevralın 12-13-də sona çatacaq.
Qeyd edək ki, qrupda ilk 2 yeri tutan komanda yarımfinala vəsiqə qazanacaq.

0
0