Valdesdən xəbər var
26.12.2013 - 20:31
Valdesdən xəbər var
“Barselona”nın əsas heyət qapıçısı Viktor Valdes sıraya dönür. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə 31 yaşlı qolkiper “Tvitter”dəki şəxsi hesabından məlumat yayıb.

Belə ki, sağ baldırından zədəli olan təcrübəli qolpiper yeni ilin ilk günlərində komandasına kömək etmək üçün hazır olacaq. Valdes isə açıqlamasında hazırkı vəziyyətini belə dəyərləndirib: “Bu gün məşq vaxtıdır. Artıq hazıram”.

Qeyd edək ki, Valdes noyabrın 19-da İspaniya millisinin heyətində Cənubi Afrika Respublikası yığmasına qarşı çıxış edərkən zədələnmişdi.