Villaş-Boaş: Beyl Ronaldosuz daha yaxşı oynayır
26.12.2013 - 20:58
Villaş-Boaş: Beyl Ronaldosuz daha yaxşı oynayır
İngiltərə “Tottenhem”inin sabiq baş məşqçi Andre Villaş-Boaş “Real”ın ulduz futbolçusu Qaret Beyl haqqında maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına danışan portuqaliyalı mütəxəssis keçmiş yetirməsinin Madrid təmsilçisindəki çıxışını dəyərləndirib.

O hesab edir ki, Beyl Ronaldosuz “Real”a daha çox kömək edir: “Beyl Ronaldo meydanda olmayanda daha yaxşı oynayır. Cari mövsüm bunun şahidi olduq. Belə olan halda “Real” daha inamlı təsir bağışlayır. Beyl “Tottenhem”də olarkən meydanda lider olmağa öyrəşmişdi. Belə olan halda, o, daha çox top alır və nəticəyə təsir göstərir. Bu da o deməkdir ki, daha məsuliyyətli olur”.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi bu yay 91 milyon avro qarşılığında İngiltərənin “Tottenhem” klubundan “Real”a keçib.