Fatih Terim 4 məşqçini millidən qovdu
26.12.2013 - 21:26
Fatih Terim 4 məşqçini millidən qovdu
Türkiyə millisinin baş məşqçisi Fatih Terim yığmada ciddi islahatlara başlayıb. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis yığmanın ikinci və aşağı yaş qruplar üzrə komandalarında çalışan 4 qapıçı məşqçisini qovub.

Belə ki, vəzifələrindən kənarlaşdırılan məşqçilər Nürəddin Yıldız (ikinci komanda), Mithat Yüksəl (U-21), Altay Dağdələn (U-19) və Bülənt Yılmazdır (U-15 və U14).

Qeyd edək ki, Terim cari ilin avqust ayından Türkiyə yığmasını çalışdırır.