“Beşiktaş” braziliyalı futbolçusu ilə rəsmən yolları ayırır
26.12.2013 - 22:58
Türkiyə təmsilçisi “Beşiktaş” braziliyalı futbolçusu Dentinyo ilə yolları ayırır. Apasport.az saytının xəbərinə görə, bu barədə klubun idarə heyətinin üzvü Əhməd Kavalcı məlumat verib.
Kavalcının sözlərinə görə məşqçilər korpusu cari ilin yanvarında Ukrayna “Şaxtyor”undan icarəyə götürülən 24 yaşlı hücumçunu komandada saxlamaq istəmir: “Futbolçu ilə müqaviləmiz yanvarda başa çatır. Qərarımız belə oldu ki, onu komandada saxlamayacağıq. Dentinyo həftə sonu rəsmən klubdan ayrılacaq”.
Qeyd edək ki, 2012-2013 mövsümünün ikinci dövrəsində İstanbul klubuna keçən Dentinyo 6, cari mövsüm isə 2 Superliqa matçında meydana çıxıb.

0
0