“Arsenal”ın ulduz futbolçusu sıradan çıxdı
27.12.2013 - 00:35
“Arsenal”ın ulduz futbolçusu sıradan çıxdı
“Arsenal”ın ulduz futbolçusu Aron Remzi zədələnərək sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubun baş məşqçisi Arsen Venger deyib.

Təcrübəli mütəxəssis uelsli yarımmüdafiəçinin növbəti 2 oyunda komandasına kömək edə bilməyəcəyini bildirib: “Görünür, Remzinin əzələsi dartılıb. Hələlik dəqiq deyə bilmərik ki, onun zədəsi nə dərəcədə ciddidir. Ancaq o, növbəti iki matçı buraxacaq. Sabah (bu gün) onun tibbi müayinədən keçirəcəyik”.

Qeyd edək ki, 23 yaşlı futbolçu ötən gün İngiltərə Premyer Liqası çərçivəsində keçirilən “Vest Hem” – “Arsenal” (1:3) matçının 65-ci dəqiqəsində zədələnib.