Boatenq küçədə hücuma məruz qaldı, xəstəxanalıq oldu
27.12.2013 - 01:11
Almaniya “Şalke”sinin futbolçusu Kevin-Prins Boatenq küçədə hücuma məruz qalıb. Apasport.az yerli mətbuata istinadən məlumat verir ki, 26 yaşlı yarımmüdafiəçi bu hadisə ilə ölkənin Kaarst şəhərində üzləşib.
Belə ki, naməlum şəxs anidən Boatenqi vuraraq yerə yıxıb. Xəstəxanaya aparılan futbolçunun bel və boğaz nahiyələrindən xəsarət aldığı deyilir. Məlumatlara görə onun vəziyyəti hazırda yaxşıdır və polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Təcrübəli yarımmüdafiəçi isə bu şəxsin arvadının keçmiş sevgilisi olduğundan şübhələnir.
Qeyd edək ki, Qana millisinin də üzvü olan Boatenq buy ay İtaliya təmsilçisi “Milan”dan “Şalke”yə transfer olunub. Onun hazırda klubu ilə 4 illik müqaviləsi var.

0
0