Türk klubunun hədəfindəki məşhur futbolçu fransızlarla anlaşdı
27.12.2013 - 02:22
Fransalı məşhur futbolçu Cibril Sisse karyerasını vətəni Fransada davam etdirəcək. Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu “Bastilya” klubu ilə ilkin razılığa gəlib.
Təcrübəli forvard hazırkı klubu “Kuban”la yolları rəsmən ayırdıqdan sonra həmyerliləri ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Türkiyə birinci divizion təmsilçisi “Karşıyaka”nın da transfer hədəfində olan Sisse karyerası ərzində “Liverpul” (2004-2006), “Marsel” (2006-2009), “Latsio” (2011-2012) kimi klubların şərəfini qoruyub. Bu yay “Kuban”a keçən futbolçu 15 oyunda iştirak edib və 4 qol vurub.

0
0