İnsinye: “Napoli”nin kapitanı olmaq istəyirəm
27.12.2013 - 02:59
“Napoli”nin gənc futbolçusu Lorenso İnsinye klubdakı gələcək karyerası ilə bağlı açıqlamalar verib. Apasport.az saytın məlumatına görə, yerli mətbuata danışan 22 yaşlı futbolçu komandasında kapitanlığa qədər yüksəlmək istədiyini deyib:
“Mənim arzum “Napoli”nin kapitanı olmaqdır. Ancaq komandamızda Maco və Hamşik kimi futbolçular var. Bacardığım qədər doğma komandamın şərəfini qorumağa çalışacağam”.
Qeyd edək ki, İtaliya millisinin də üzvü olan İnsinye “Napoli” futbol məktəbinin yetirməsidir. O, cari mövsüm A Seriyasında və Çempionlar Liqasında 23 matça çıxıb və 2 qol vurub.

0
0