“Millidəki yerimi itirməmək üçün “Bavariya”dan ayrıldım”
27.12.2013 - 03:50
“Millidəki yerimi itirməmək üçün “Bavariya”dan ayrıldım”
“Volfsburq”un braziliyalı futbolçusu Luis Qustavo “Bavariya”dan ayrılmağının səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Almaniya mətbuatına danışan 26 yaşlı yarımmüdafiəçi 2014-cü ildə ölkəsində keçiriləcək dünya çempionatı öncəsi Braziliya millisindəki yerini itirməkdən qorxduğu üçün klubu tərk etdiyini bildirib.

Qustavo Münhen təmsilçisinin asan qələbələr qazandığını deyib: “Bavariya”dan başqa klubda da özümü sınamaq istədim. “Bavariya” matça çıxmamış qalib gələcəyini bilir. Almaniya xoşuma gəldiyi üçün bu ölkədən çıxıb getmək də istəmirdim. Bundan əlavə Braziliya millisindəki yerimi qorumaq üçün daimi olaraq start heyətdə meydana çıxmalı idim”.

Qeyd edək ki, Qustavo bu yay “Bavariya”dan “Volfsburq”a keçib.