“Fənərbaxça” Aleksin əvəzləyicisinə təklif göndərdi
27.12.2013 - 05:56
Braziliyalı futbolçu Aleks de Souzanın gedişindən sonra 10 nömrə axtarışında olan “Fənərbaxça” bu problemi cari mövsüm həll etməyə çox yaxındır. Apasport.az saytının məlumatına görə, İstanbul klubu Avstriya “Zalsburq”unun yarımmüdafiəçisi Kevin Kampla elçi düşüb.
Belə ki, bu barədə 23 yaşlı futbolçunun meneceri Maylk Ruhnau “eurosport”a açıqlamasında deyib. Ruhau türk klubunun Kampla təklif göndərdiyini bildirib: “Fənərbaxça” təklif göndərdi. Hər an hər şey ola bilər, amma bu keçidin qış transfer pəncərəsində reallaşması çox çətindir”.
Qeyd edək ki, Sloveniya millisinin də üzvü olan Kampl 2012-ci ildən “Zalsburq”da çıxış edir. “Fənərbaxça” onu sabiq baş məşqçisi Aykut Kocaman dönəmində də heyətinə qatmaq istəmişdi.

0
0