“Beşiktaş” “Borussiya”nın futbolçusuna elçi düşüb
27.12.2013 - 07:46
Qış transfer pəncərəsində portuqaliyalı futbolçusu Manuel Fernandesi göndərməyi planlaşdıran “Beşiktaş” klubu artıq onun əvəzləyicisini də tapıb. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Borussiya”nın (Münhenqladbax) venezuelalı yarımmüdafiəçisi Xuan Aranqonu heyətinə qatmaq istəyir.
Məlumatlara görə 33 yaşlı futbolçu ilə klub prezidenti Fikrət Orman şəxsən maraqlanır.
Qeyd edək ki, 2009-cu ildən alman klubunda çıxış edən Aranqo cari mövsümdə bütün matçlarda start heyətdə meydana çıxıb və 5 qol, beş qol ötürməsi ilə fərqlənib.

0
0