Berti Foqts: Milliyə bir az bəxt lazımdır
27.12.2013 - 09:38
“Əlbəttə ki, mən Mönhenqladbax “Borussiya”sına azarkeşlik edirəm. Lakin bu klubu maliyyə baxımından “Bavariya” ilə müqayisə etmək olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssisin “Bild” qəzetinə verdiyi müsahibənin 2-ci hissəsi dərc olunub.
Foqts bu dəfə daha çox “Bavariya”dan, həmçinin Almaniya yığmasından bəhs edib: “Lakin “Borussiya”nın futbolçuları ürəklə oynayır. Bu da vacib amildir. Avropa nəhənglərinin iştirakı ilə vahid liqanın təşkili ideyası boş şeydir. Əvvəllər də bu mövzuda müzakirələr olub. Digər Almaniya klublarının “Bavariya” ilə ayaqlaşması mümkün deyil. Onlar UEFA üçün qazanc mənbəyidir. 1996-cı ildə mənimlə son çempionluğunu qazanan Almaniya yığmasına növbəti titul əldə etməsi üçün bir az bəxt lazımdır. İndi bizim uzun illər görmədiyim qədər güclü komandamız var. Sadəcə, nə isə çatmır”.
Qeyd edək ki, Foqtsun müsahibəsinin ilk hissəsi futbolçu karyerası boyu sadiq olduğu Mönhenqladbax “Borussiya”sı ilə bağlı idi.

0
0